Çirkab su boruları
-
Bizim mağaza sizə Polipropilen kanalizasiya borularının və birləşmələrinin tam çeşidini təklif edir. Məhsulumuzun əsas üstünlüyü materialın xüsusiyyəti ilə bağlıdır:
• Polipropilen toksiki deyildir, hətta onu alovlandırdıqda belə, o yalnız karbon qazı və su buraxır.
• Materialdan irəli gələn elastiklik, qırılmaların qarşısını alır.
Məhz polipropilendən hazırlanmış kanalizasiya borularının çuqun və ya digər plastik borulara nisbətən binaların daxili kanalizasiya sistemlərində daha çox istifadə edilməsi səbəblərinə nəzər salaq.
Birincisi: çuqun borular, fitinqlər və işkələlərlə müqayisədə polipropilen borular bir sıra danılmaz üstünlüklərə malikdirlər:
• yüksək kimyəvi davamlılıq;
• korroziyanın olmaması;
• daşınmanın və saxlanmanın asan olması;
• kiçik çəki və rəvan səth.
İkincisi, daxili kanalizasiyaya material seçərkən ən əhəmiyyətli faktorlardan biri icazə verilən yüksək iş temperaturu həddidir. Müasir məişət texnikasından istifadə etməklə təsərrüfat kanalizasiyası axınının temperaturu adətən 95°C-yə çatır. Polietilen və ya PVC-dən hazırlanmış borular, fitinqlər üzrə icazə verilən temperatur həddinin 65°C olduğunu nəzərə alaraq, kanalizasiya borusuna qaynar axıntıların daxil olması nəticəsində boru kəmərlərinin deformasiyası baş verir və bu da öz növbəsində qaynaq yerlərindən sızmalara gətirib çıxardır. Bununla da, icazə verilən temperaturun son həddinin 95°C müəyyən edilən polipropilen məhsulu digər plastik borularla müqayisədə açıq-aşkar üstünlüyə malikdir.
Bundan başqa qeyd etmək lazımdır ki, mağazamızın polipropilen kanalizasiya boruları işıq korlanmasına qarşı davamlıdır və normal temperaturlu açıq havada 2-3 il saxlanıla bilər. Ağzıgen konstruksiyaya malikdirlər və xüsusi bərkidici halqalarla təchiz edilmişlər ki, bu da montajın sürətini 5-6 dəfə artırır və birləşmələrin germetikliyini təmin edir. Bərkidilmə kimi aralayıcı halqa ilə ikiləçəkli halqadan istifadə edilir. Bu üstünlüklər sayəsində mağazamızın kanalizasiya fitinqi və boruları istər peşəkar, istərsə də özəl inşaatçılar tərəfindən kanalizasiya sistemində geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, polipropilen kanalizasiya boru və fitinqlərindən istifadə digər materiallardan hazırlanmış analoji sistemlərinin istifadəsi ilə müqayisədə daşınma və montaj xərclərini orta hesabla 25-30% azaldır.