sayt test rejimində işləyir.
+994 77 312 3399

POLİPROPİLEN BORULAR VƏ FİTİNQLƏR

  •  

    POLİPROPİLEN

    POLİPROPİLEN BORULAR VƏ FİTİNQLƏR



    Bizim mağazanın satdığı Polipropilen borular və fitinqlər içməli su və istilik sistemlərinin qurulmasında istifadə olunur.
    Polipropilen borular, bioloji maddələrin ilişməsinin qarşısını alan mükəmməl hamar daxili səthə, həmçinin xoşagəlməz dad, rəng və qoxuların əmələ gəlməsinin qarşısını alan xüsusi kimyəvi struktura malikdir.



    Borular:

    • PN 20 boruları - əsasən soyuq və içməli su sistemləri üçün istifadə olunur
    • PN 25 (folqalı, fiber) - isti su və mərkəzi isitmə sistemləri üçün istifadə olunur


    Polipropilen boruların ölçüləri və ümumi göstəriciləri DIN 8077 və 8078 standartlarına uyğundur.

    İstehsal prosesində keyfiyyətə ciddi nəzarət olunur, hazır məhsullar qısa vaxt intervalıyla 50ATM təzyiq altında sınaqdan çıxarılır.
    Son texnologiyalı avadanlıqlar, təcrübəli mühəndislər və səriştəli idarəetmə sayəsində məhsullarımızın keyfiyyətini ən yüksək səviyyədə saxlayırıq.



    ALÜMİNİUM FOLQALI BORULAR isti su xəttlərində istifadə olunur. Alüminium folqa borunun istiliyin təsiri nəticəsində deformasiyaya uğramasının qarşısını alır. Boru, ortada alüminium folqa olmaqla 3 qatdan ibarətdir.